“Bavariya” öz rekordunu yenilədi

22:49 11.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya Bundesliqasında növbəti tur çərçivəsində keçirilən görüş “Bavariya” üçün əlamətdar hadisə ilə yadda qalıb.

Hafta.az xəbər verir ki, çempionatın 29-cu turunda “Sankt-Pauli” ilə qarşılaşmada (0:5) hesabı açan “Rekordmayster” cari mövsümdəki 102-ci qolunu vurub.

Komanda əfsanəvi Gerd Müllerin dövründə müəyyənləşən 101 qolluq rekordu geridə qoyub.